Müdafiə Nazirliyinin saytı yenilənib, rus və ingilis dilində də səhifələr yaradılıb

Azərbaycan Müdafiə Nazirliyinin saytının dizaynı yenilənib.
APA-nın məlumatına görə, Nüdafiə Nazirliyinin rəsmi internet saytı (www.mod.gov.az) bu gün yeni dizaynda fəaliyyət göstərəcək.
Saytda nazirliyin rəhbərliyi haqqında məlumatlar yerləşdirilib, yeni bölmələr yaradılıb.
Saytın rus və ingilis dillərində də səhifələri var.
