çərşənbə, 29 Mart, 10:21

Baku Bakı 12°C

Mikayıl Cabbarov Mohammed Abunayyan ilə görüşüb

icon 335 icon 02 fevral 2023 | 16:55 Mikayıl Cabbarov Mohammed Abunayyan ilə görüşüb

İqtisadiyyat naziri Mikayıl Cabbarov Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətinin sədri Mohammed Abunayyan ilə görüşüb.

O bu barədə öz “Facebook” profilində paylaşım edib.

Bildirilib ki, Mohammed Abunayyan ilə ölkəmizdə “yaşıl” enerji konsepsiyası əsasında inkişaf, şirkət tərəfindən Azərbaycanda həyata keçirilən və nəzərdə tutulan layihələr barədə müzakirələr aparılıb. İşğaldan azad edilmiş ərazilərimizdə fəaliyyət imkanları nəzərdən keçirilib.