• şənbə, 11 May, 06:55
  • Baku Bakı 12°C

Məktəblərə gələn valideynlərdən COVID-19 pasportu tələb edirlər? - AÇIQLAMA

20.09.21 16:31 241
Məktəblərə gələn valideynlərdən COVID-19 pasportu tələb edirlər? - AÇIQLAMA

Sosial şəbəkələrdə yayılan məlumata görə, Bakıda fəaliyyət göstərən məktəblərin əksəriyyətində övladlarının işləri ilə bağlı məsələni həll etmək istəyən və COVID-19 pasportu olmayan valideynlər ora buraxılmır.
İddia edilib ki, buna Təhsil Nazirliyi tərəfindən Operativ Qərargahın COVID-19 pasportu ilə bağlı tələbinə əsasən qərar verilib.
Məsələ barədə Təhsil Nazirliyi ilə əlaqə saxladıq.
NazirlikdənOxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, qurum tərəfindən valideynlərə COVID-19 pasportu ilə bağlı heç bir tələb qoyulmayıb:
"Nazirlik yalnız təhsil işçilərinə, müəllimlərə COVID-19 pasportu və ya əks-göstəriş sertifikatı tələbi qoyub”.
Qeyd edək ki, Təhsil naziri Emin Əmrullayev bir müddət əvvəl keçirdiyi brifinq zamanı valideynlərdən COVID-19 pasportu tələb edilmədiyini, amma hər bir vətəndaşınvaksinasiya prosesinə aktiv qoşulmalı olduğunu vurğulayıb.
banner

Oxşar Xəbərlər