• çərşənbə axşamı, 19 mart, 09:29
  • Baku Bakı 8°C

Mehriban Əliyeva Bilik günü münasibəti ilə təbrik ünvanlayıb

15.09.19 11:16 583
Mehriban Əliyeva Bilik günü münasibəti ilə təbrik ünvanlayıb
Azərbaycanın Birinci vitse-prezidentiMehriban Əliyeva15 sentyabr – Bilik Günü münasibəti ilə müəllim və şagirdləri təbrik edib.
"Report” xəbər verir ki, təbrik mətni birinci xanımınrəsmi "İnstagram" səhifəsində paylaşılıb.
"Əziz məktəblilər, tələbələr. Hörmətli müəllimlər və valideynlər.
Sizi bu əziz, sevimli bayram – Bilik Günü münasibətilə təbrik edirəm.
Bu, yeni dərs ilinin, böyük, məsuliyyətli və çox maraqlı işin başlanğıcıdır. Qoy, yeni dərs ili sizə təhsilinizdə böyük uğurlar, maraqlı görüşlər və ixtiralar gətirsin, hər bir məktəbli, tələbə və müəllim üçün uğurlu və məhsuldar olsun. Sizə xoşbəxtlik, möhkəm cansağlığı və yeni-yeni nailiyyətlər arzulayıram.
Əziz dostlar, Bilik Gününüz mübarək!", - deyə təbrikdə bildirilir.

banner

Oxşar Xəbərlər