“Məclisi-fəramuşan” poeziya məclisi keçirildi

Özbəkistandakı
Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və layihəsi
əsasında Azərbaycanın və Özbəkistanın gənc şairlərinin iştirakı ilə "Məclisi-fəramuşan” poeziya məclisinə start verilib.
Tədbirdə
Azərbaycan Mədəniyyət Nazirliyi, Azərbaycan və Özbəkistan Yazıçılar Birliyinin
rəsmiləri, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin, Dünya Gənc Türk Yazarlar
Birliyinin rəhbərliyi, hər iki ölkənin gənc şairləri iştirak ediblər.
Açılış
mərasimində təbrik sözü ilə çıxış edən Özbəkistandakı Heydər Əliyev adına
Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov ilk dəfə olaraq bərpa
olunan tarixi və mədəni əhəmiyyət daşıyan "Məclisi-fəramuşan” poeziya görüşlərində hər iki ölkənin gənc şairlərinin
iştirak etdiyini və şeir məclisinin əsas məqsədinin xalqlarımızın klassiklərini
dərindən öyrənmək, şeirlər söyləmək, istedadı olan gənc şairləri üzə çıxarmaq,
poeziyanın aktual məsələlərinə dair fikir mübadiləsi aparmaq, Türk dünyası
şairləri arasında ədəbi əlaqələri
genişləndirmək və əməkdaşlıq platforması yaratmaq olduğunu bildirib.
Diplomat qeyd edib ki, 30 ilə yaxın Ermənistan
işğalı altında qalan, 2020-ci ilin 8 noyabr tarixində Azərbaycan ordusu
tərəfindən azad olunan tarixi Şuşa şəhəri mədəniyyətimiz, ədəbiyyatımız,
incəsənətimiz üçün müqəddəs bir məkandır. O, Azərbaycan Prezidenti İlham
Əliyevin Sərəncamı ilə Şuşa şəhərinin Azərbaycan mədəniyyətinin paytaxtı kimi qəbul
olunduğunu və 2022-ci ilin "Şuşa ili” elan olunduğunu qeyd edib. Samir
Abbasov gələcəkdə Mədəniyyət Nazirliyinin rəhbərliyi və dəstəyi ilə şairlər
məclisinə Türk dünyasının digər ölkələrinin də qoşulması, ədəbi əlaqələr, poeziya
yığıncağı olaraq dostluğumuzu, qardaşlığımızı yayan bir mübadilə, əməkdaşlıq platformasına
çevrilməsinin planlaşdırıldığını qeyd edib.
"Özbəkistan-Azərbaycan"
Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov öz çıxışında tarixən
qardaş xalqlar olan Azərbaycan və Özbəklər öz zəngin mədəniyyəti, poeziyası ilə
fəxr etdiklərini və Qarabağın mərkəzi, Azərbaycan mədəniyyətinin beşiyi Şuşada
yaradılmış "Məclisi-fəramuşan” şairlər məclisinin bərpasının iki ölkə,
gələcəkdə isə Türk dünyası ölkələri arasında ədəbi əlaqələri daha da inkişaf
etdirəcəyinə inamını bildirib.
Azərbaycan
Mədəniyyət Nazirliyinin şöbə müdiri Akif Marifli Azərbaycan mədəniyyətinin
beşiyi, Qafqazın konservatoriyası, sənət məbədi, çoxsaylı görkəmli
şəxsiyyətlərin vətəni Şuşada XIX əsrdə mövcud olmuş bu poeziya məclisinin XXI
əsrdə Qarabağın azad edilməsindən sonra yenidən bərpasının tarixi hadisə
olduğunu qeyd edib və bu istiqamətdə Özbəkistandakı Azərbaycan Mədəniyyət
Mərkəzinin təşəbbüsünü yüksək qiymətləndirib.
O, Azərbaycan
poeziyasının inkişafındamüxtəlif dövrlərdə yaranmış ədəbi
məclislərin rolunu vurğulayaraq, "Məclisi-fəramuşan” şairlər məclisinin gələcəkdə
poeziyamızın gənc istedadlarının üzə çıxarması, ədəbi əlaqələrimizin daha da
inkişaf etməsi, bir sözlə ədəbiyyat, yaradıcılıq istiqamətində gözəl bir yaradıcılıq
məkanı olacağına inamını ifadə edib.
Özbəkistan
Ali Məclisinin deputatı Gülbahar Saidqaniyeva layihəni yüksək qiymətləndirərək
Azərbaycan Mədəniyyət Mərkəzinə öz təşəkkürünü bildirib, iki ölkə arasında
mədəni əlaqələrin yüksək səviyyədə olması, tarixən şair və yazıçılarımız
arasında mövcud olan ədəbi əlaqələrin bu məclis vasitəsi ilə davam edəcəyindən
məmnunluğunu ifadə edib.
Azərbaycan
Yazıçılar Birliyinin Gənclər Şurasının
sədri Fərid Hüseyn "Məclisi-fəramuşan”
şairlər məclisinin bərpasının adi məsələ olmadığını, sözügedən məclis XIX əsrdə
yaradılarkən öz qarşısına məqsəd qoyduğunu və bu dövrdə məqsədlərinə tam çatmadığını
vurğulayıb. Müasir ədəbi məclis həm də başa yetməyən arzuların davamı kimi
qiymətlidir. O, məclislərin fəaliyyətinin uğurlu olması, ölkənin müstəqilliyi,
sabitliyi dövründə baş verdiyini qeyd edərək, bərpa olunan bu məclisin əslində
Azərbaycanın müstəqilliyi, torpaqlarımızın azad edilməsi, Qarabağda geniş
quruculuq işlərinin aparıldığı bir dövrdə olduğunu, rəmzi və tarixi məna daşıdığını
söyləyib.
Özbəkistan
Yazıçılar Birliyinin sədr müavini, şair Qayrat Majid Azərbaycan-Özbəkistan
arasında dostluğun, ədəbi əlaqələrin yüksək olduğunu qeyd edərək, Özbəkistan
ədəbi elitasının Azərbaycan poeziyasına daim böyük maraq olduğunu söyləyib. O,
Özbək şairi Çolpanın "Ədəbiyyat yaşasa, demək millət yaşayır” sitatını
səsləndirərək, ədəbiyyatın millətin canı, ruhu və onu tanıdan ən böyük güc
olduğunu vurğulayıb. Şairlərin, sənət adamlarının bir arada olması, birləşməsi,
xalqlar və dövlətlərin də yaxınlaşması, həmrəy olması deməkdir deyə qeyd edib. Şair
Qayrat Majid dövlət başçılarımızın ədəbiyyata, dostluğumuza, əməkdaşlığımıza
xüsusi önəm verdiklərini xüsusi vurğulayıb.
Daha
sonra hər iki ölkənin gənc şairləri öz şeirlərini təqdim ediblər. Azərbaycanlı
şairlər Fərid Hüseyn, İntiqam Yaşar, Emin Piri, Tural Turan, Qabil Ədalət,
Özbək şairlər Mansur Jumayev, Anvar Botir, Feruza Xayrullayeva, Muhiddin
Abdusamad, Nargiza Odinayeva "Məclisi-fəramuşan”
şairlər məclisində öz şeirlərini
səsləndiriblər.
Azərbaycan
tərəfdən məclisin moderatoru Azərbaycan
Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, şair Fuad Cəfərli, Özbəkistan
tərəfindən Özbəkistan Yazıçılar Birliyinin üzvü, şairə Nargiz Asadova olmuşdur.
Məclisdə
səsləndirilən şeirlər ilin sonunda Azərbaycan Mədəniyyət Nazirliyi və
Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi əsasında Azərbaycan və
özbək dillərində nəşr olunacaqdır.
Qeyd
edək ki, 1872-ci
ildəAzərbaycan mədəniyyətinin beşiyi Qarabağda, tarixi Şuşa şəhərində
tanınmış şair, ədəbiyyatşünas alim Mir Möhsün Nəvvabınevində təşkil edilmiş "Məclisi-fəramuşan”
şairlər məclisi Azərbaycan ədəbi
mühitində xüsusi rolu olmuş və dövrün
tanınmış Qarabağlı şairləri bu məclisdə iştirak etmişlər. "Məclisi-fəramuşan”
şairlər məclisi 1910-cu ilə qədər
fəaliyyət göstərmişdir.
