AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

MDB mədəniyyət paytaxtı ilinin açılışı olacaq

MDB mədəniyyət paytaxtı ilinin açılışı olacaq

Mədəniyyət
13 Fevral 2020, 12:45 3931
Qazaxıstanın Çimkənt şəhərində martın 22–də MDB mədəniyyət paytaxtı ilinin rəsmi açılış mərasimi keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Qazaxıstanın Baş Naziri Askar Mamin 2020–ci il Çimkənt mədəniyyət paytaxtı estafeti çərçivəsində tədbirlərin yüksək səviyyədə hazırlanmasını vilayət rəhbərliyinə və aidiyyəti orqanlara tapşırıb.
Mədəniyyət ili çərçivəsində, ümumilikdə, 40-a yaxın tədbir, MDB ölkələrinin incəsənət xadimlərinin iştirakı ilə konsert, "Böyük İpək Yolu" tətbiqi incəsənət sərgisi, teatr və opera sənət festivalı, "Avrasiyanın ruhu” estrada ifaçılarının birinci beynəlxalq festivalı, yazıçı və şairlərin yaradıcılıq görüşlərinin keçirilməsi planlaşdırılır.
Mədəniyyət paytaxtı ilinin bağlanış tədbiri və növbəti şəhərə estafetin ötürülməsi noyabr ayına planlaşdırılır.
Qeyd edək ki, 2020-ci ildə Qazaxıstanın qədim tarixi Çimkənt şəhərinin 2200 illik yubileyi UNESKO səviyyəsində qeyd ediləcək.
Xatırladaq ki, 2019-cu il dekabrın 10-da Belarusun Brest şəhərində 2020-ci il MDB mədəniyyət paytaxtı statusu Qazaxıstanın Çimkənt şəhərinə keçib.