• cümə axşamı, 28 mart, 14:55
  • Baku Bakı 16°C

Markov: “Ermənistanın BCM ilə bağlı qərarı Moskvanın İrəvana münasibətini kökündən dəyişə bilər”

25.03.23 22:00 535
Markov: “Ermənistanın BCM ilə bağlı qərarı Moskvanın İrəvana münasibətini kökündən dəyişə bilər”

“Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsi (BCM) haqqında Roma Statutunun öhdəliyini ratifikasiya etmək qərarı Moskva ilə İrəvan arasında münasibətlərə zərbə vuracaq”.

Bunu “Report”un Rusiya bürosuna rusiyalı politoloq, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov deyib.

“Ermənistan Rusiyanın müttəfiqi olsaydı, o zaman Ermənistanın BCM-ə daxil olması üçün bürokratik proseduru dayandırardı. Özü də bunun üçün səs-küylü siyasi qərarlar tələb olunmur. Ermənistan hakimiyyəti bilərəkdən Konstitusiya Məhkəməsinin mövqeyini indi – BCM-in Rusiya Prezidenti Vladimir Putinin həbsinə order verilməsi barədə qərarından sonra dərc etmək qərarına gəlib. Şübhəsiz ki, bu, məqsədli şəkildə edilib”, - S.Markov bildirib.

Onun sözlərinə görə, belə bir qərar Ermənistan-Rusiya münasibətlərinə ciddi zərbə vuracaq. Rusiyalı politoloq onu da qeyd edib ki, bu, Rusiya rəhbərliyinin səbrini daşıracaq son damla ola bilər.

“Bütün bunlar artan xətlə gedir - Aİ missiyasının regiona dəvəti və KTMT əleyhinə bəyanatlar. Bunlardan nəsə Rusiyanın Ermənistana münasibətinin əsaslı şəkildə dəyişməsinə gətirib çıxara bilər”, - ekspert vurğulayıb.

Onun fikrincə, ictimai rəy də mühüm rol oynayır: “Rusiya mediası Ermənistanda həm Rusiyaya, həm də prezident Putinə qarşı olan belə qərarın qəbul olunması barədə danışmamağa çalışır”.

banner

Oxşar Xəbərlər