Ölkədən göndərilən bəzi neft məhsullarının həcmi və dəyəri açıqlanıb

Ölkədən göndərilən bəzi neft məhsullarının həcmi və dəyəri açıqlanıb

İqtisadiyyat
25 May 2019, 15:45 284
Birinci rübdə Azərbaycandan dəyəri 34 milyon 903 min ABŞ dolları olan 57 min 511 ton reaktiv mühərriklər və digər məqsədlər üçün istifadə olunan kerosin ixrac edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilir ki, 3 ayda ölkədən 65 milyon 109 min dollarlıq 141 min ton ağır destilyatlar və ya digər məqsədlər üçün qazoyllar, 3 milyon 974 min dollarlıq 20 min 453 ton maye qaz, 4 milyon 562 min dollarlıq 46 min 407 ton neft koksu, eləcə də 22 milyon 395 min dollarlıq 26 min 782 ton polietilen göndərilib.