• cümə, 26 Aprel, 20:32
  • Baku Bakı 22°C

Yeni iraəetmə modelinə keçid - İcra hakimiyyətləri ləğv olunur

02.12.21 13:48 960
Yeni iraəetmə modelinə keçid - İcra hakimiyyətləri ləğv olunur
"Ötən bir neçə il ərzində kommunal, rabitə, mədəniyyət , ekologiya, təhsil , sosial və s. sahələr üzrə rayonlardakı mövcud dövlət qurumlarının hamısı ləğv edilib.
Hazırda bu dövlət qurumlarının rayonlarda yalnız kiçik bir şöbələri qalıb, əvəzində isə yeni regional idarələr formalaşdırılıb".
Kaspi.az xəbər verir ki, bu barədə Azərbaycan İnternet Forumunun prezidenti, Multimedia Mərkəzinin direktoru Osman Gündüz bildirib.

O qeyd edib ki,hazırda rayonlarda tam tərkibdə və ənənəvi idarəetmədə yalnız hüquq-mühafizə qurumları və icra hakimiyyətləri qalıb: "Ötən gün Prezident son zamanlar uğurları ilə diqqət mərkəzində olan Emin Hüseynovu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi təyin edib.

Prezidentin bu Sərəncamla artıq adi bir rayon üzrə deyil, bütöv bir region üzrə - bir neçə bölgəni birləşdirən iqtisadi rayon üzrə xüsusi nümayəndə təyin etməsi onu göstərir ki, yerli icra hakimiyyətləri də regionala çevrilə bilər.

Yəni, yaxın zamanlarda ölkədə yeni iraəetmə modelinə keçidi, bütün icra hakimiyyətlərinin ləğvi və icra başçılarının azad olunmasını, əvəzində isə Prezidentinin 7 iyul 2021-ci il tarixli sərəncamı ilə yaradılmış 14 iqtisadi rayon üzrə 14 regional icra başçılarının təyin ediləcəyini proqnozlaşdırmaq olar".
Alpər TURAN


banner

Oxşar Xəbərlər