• cümə axşamı, 18 aprel, 10:22
  • Baku Bakı 12°C

Koronavirus xəstəliyinin müalicəsi ancaq onun əlamətlərinə qarşı aparılır

02.07.20 12:08 435
Koronavirus xəstəliyinin müalicəsi ancaq onun əlamətlərinə qarşı aparılır
Son aylarda COVID-19 xəstəliyi ilə haqqında saysız-hesabsız informasiya və məlumatlar yayılıb. Hətta onların bəziləri pandemiyanın yaymağa başladığı ilk aylarda verilən məlumatlarla üst-üstə düşmür. Məsələ burasındadır ki, xəstəlik inkişaf etdikcə, yoluxma sayı artdıqca həkim, infeksionist, tibb işçiləri və ictimai səhiyyə mütəxəssislərinin təcrübəsi də artır.
AZƏRTACxəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və islahatlar Mərkəzinin şöbə müdiri Nabil Seyidov deyib.
O, ev şəraitində müalicə olunan xəstələr barəsində danışarkən qeyd edib ki, koronavirus əlamətlərindən şübhəli şəxs hansısa tibb müəssisəsinə gedib analiz verirsə, bu, qətiyyən düzgün deyil, çünki özündə COVID-19-un əlamətlərini hiss edən şəxs evdən bayıra çıxmamalıdır: "O, evdə ailə üzvlərindən təcrid olunmuş formada yaşamalı və yoxlanılmaq üçün poliklinikaya zəng etməlidir. Poliklinikada skrininqdən keçirildikdən sonra söylədiyi əlamətlər koronavirus infeksiyasına yoluxduğuna dəlalət edirsə, xəstənin yaşadığı evə briqada göndərilməli və yerindəcə test aparılmalıdır. Əks halda virusa yoluxanın nəqliyyatdan istifadə etməsi, yolda kiminəsə təmasda olması yoluxanların sayını daha da artırmış olar”.
Şöbə müdiri söhbətinə davam edərək deyib: "Təcrübə göstərir ki, yoluxanların 60-70 faizi ya xəstəliyi əlamətlərsiz və ya yüngül əlamətlərlə keçirir. Təəssüf edirəm ki, sosial şəbəkələrdə, bəzən hətta mətbuat səhifələrində, eləcə də cəmiyyətdə dolaşan informasiyalarda çoxlu yanlışlıqlar var. Bir daha birmənalı olaraq qeyd etmək istəyirəm ki, COVID-19 xəstəliyinin heç bir spesifik dərmanı yoxdur. Məsələn, qripə qarşı iki dərman var və həmin dərmanlar xəstəliyin viruslarını məhv edir. Lakin koronavirus infeksiyasını məhv edən belə dərman hələ aşkar edilməyib. İstifadə edilən dərmanların koronavirus infeksiyasına qarşı heç bir müalicəvi təsiri yoxdur. Xəstəliyin müalicəsi ancaq onun əlamətlərinə qarşı aparılır. Məsələn, hərarət varsa, onu aşağı salmaq, başağrısı varsa, onu aradan qaldırmaq üçün dərman verilir. Əlamətlər olmadıqda isə heç bir dərmandan istifadə olunmur. Xəstəxanada ağır və orta ağır vəziyyətdə olanlar simptomatik olaraq müalicə edilir. Yeganə bir dərman var və onun qəbulu xəstəxanada qalma müddətini dörd gün azaldır. Həmin dərman da yalnız ağır xəstələr üçün nəzərdə tutulub. Xəstəxanalarda ağır və orta ağır vəziyyətdə olan xəstələrə oksigen verilir. Əgər xəstə özü qidalanmırsa, venadaxili bəzi məhlullar verilir. Xəstənin vəziyyəti çox ağır olduqda, nəfəs almaqda çətinliklə üzləşdikdə nəfəs aparatına qoşulur və əgər o da kömək etmirsə, süni ventilyasiya aparatına, o da kömək etmədikdə Ekstrakorporal Membran Oksigenasiya (ECMO) aparatına qoşulur. Böyük Britaniyada aparılan bir tədqiqata görə steroid preparatı ağır ağciyər xəstələrində olan iltihabı zəiflətdiyi bildirilir, lakin həmin tədqiqatın nəticələri hələ təsdiq olunmayıb”.
banner

Oxşar Xəbərlər