Kolleclər yeni statusda
Ölkəmizdə fəaliyyət
göstərən bır sıra kollecə publik hüquqi şəxs statusunun verilməsi onların
idarəetməsini təkmilləşdirəcək, tədrisin keyfiyyətini artıracaq, əmək bazarına
uyğun kadrların hazırlanmasını stimullaşdıracaq
Ölkəmizdə fəaliyyət
göstərən bır sıra kollecə publik hüquqi şəxs statusu verilib. Baş nazir Əli Əsədovun imzaladığı qərar yeni olsa
da, əslində, məsələ bir neçə il əvvəldən gündəmdə idi. Kolleclərin indiyə
qədərki fəaliyyətlərinin qənaətbəxş olmaması bu qərarın verilməsində rol
oynayıb. Belə ki, bir növ "məzun” istehsalı ilə məşğul olan orta ixtisas
müəssisələrinin buraxılışları nə əmək bazarının tələblərinə, nə də müasir
standartlara cavab verib. Ekspertlər də ölkənin 54 orta ixtisas təhsili
müəssisəsində təhsil alan 58 minə yaxın tələbəni əmək bazarında görə
bilmədiklərini narahatlıqla qeyd edirlər.
Yeni qərar publik hüquqi şəxs statusu verilən 20-ə yaxın kollecin fəaliyyətinə şamil edilib. Əsas sual kolleclərin bundan sonrakı fəaliyyətlərində yaranacaq dəyişikliklə bağıdır.
Publik
hüquqi şəxs nədir?
İş tapmaqda çətinlik
Tədris keyfiyyətli
olmayanda
Təhsil eksperti Kamran Əsədovun qərara münasibəti müsbətdir: ""İnkişaf etmiş Avropa ölkələrinə nəzər yetirsək görərik ki, uşaq bağçalarından başlamış məktəb və universitetlər, dövlətə məxsus tibb klinikalarından tutmuş böyük korporasiyalar publik hüquqi şəxslərdir”. Ekspert kolleclərin əksəriyyətində tədrisin yüksək səviyyədə olmadığını qeyd edir: "Bu gün xüsusən ali məktəblərə qəbul ola bilməyən abituriyentlərin kolleclərə üz tutduğunu görürük. Çünki gələcəkdə subbakalavr kimi ali məktəblərə qəbul olmaq imkanı var. Bu o demək deyil ki, kollec məzunları zəifdir. Əksinə, kifayət qədər savadlı kollec məzunları var. Sadəcə olaraq, bir çox kollecdə tədris keyfiyyətli deyil”.
Milyonlarla
vəsaitə qənaət
Ən yaxşı
format?
Belə olan halda şişirdilmiş xərclərə, dövlət qurumlarına ödənişlərin illərlə verilməməsi hallarına, borc yükünün milyonlarla manat səviyyəsinə qalxmasına da ehtiyac olmur. Publik hüquqi şəxs pulları özü əldə edir, belə olan halda xərclərini niyə şişirtsin ki?”
Başqa çıxış yolu olmayanda
Yeni statusun kolleclərə müstəqillik, müasir tədris planları və vəsaitləri qazandıracağı müsbət haldır. Bu, onların həm idarəetmə, həm də maliyyə muxtariyyətinə stimul yaradacaq. Təbii ki, effektiv idarəetmə olanda, həmin kolleclərin qarşısına standart tələblər qoyulanda, monitorinq aparılıb nəticələr tələb olunanda, maliyyə resurslarının düzgün idarə olunmasına nəzarət olanda hesabatlılıq da, şəffaflıq da artacaq. Onda kolleclər üzərlərinə düşən vəzifəni daha səmərəli icra etməyə çalışacaqlar. Çünki başqa çıxış yolu yoxdur.
Təranə Məhərrəmova