• cümə axşamı, 03 iyul, 11:53
  • Baku Bakı 23°C

Kənd təsərrüfatı məhsullarının istehsalı 6,2 faiz artıb

20.09.19 15:30 613
Kənd təsərrüfatı məhsullarının istehsalı 6,2 faiz artıb
Bu ilin yanvar-avqust ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 5 milyard 206,7 milyon manat təşkil edib.
Dövlət Statistika KomitəsindənAZƏRTAC-a bildirilib ki, onun da 2 milyard 557 milyon manatı heyvandarlıq, 2 milyard 649,7 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür.
Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatı məhsullarının istehsalı 6,2 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 3,1 faiz, bitkiçilik məhsulları üzrə isə 9,2 faiz artım olub.
banner

Oxşar Xəbərlər