• cümə, 19 Aprel, 18:18
  • Baku Bakı 24°C

Radik İsmayılov “ARB 24”ə direktor təyin olundu - Fotolar

26.09.18 14:38 6929
Radik İsmayılov “ARB 24”ə direktor təyin olundu - Fotolar
Bu gün "ARB 24" telekanalının yeni icraçı direktorunun təyinatı baş tutub.
Telekanaldan verilən məlumata görə, jurnalist Radik İsmayılov "ARB 24"ə icraçı direktor təyin olunub.

Qeyd edək ki,Radik İsmayılov9 oktyabr1979-cu ildəErmənistan SSRBasarkeçər rayonununNərimanlıkəndində anadan olub. 1996-cı ildəSuraxanı rayonundakı 278 saylı orta məktəbi fərqlənmə attestatı ilə bitirib. Elə həmin ilBakı Dövlət Universitetinin Jurnalistika fakültəsinədaxil olub. 1996-2000-ci illərdə bakalavr pilləsində təhsil alıb, 2001-ci ildə magistratura pilləsinə daxil olub və 2003-cü ildə fərqlənmə diplomu ilə bitirib.2004-2007-ci illərdəAzərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutununəyani aspirantura şöbəsində təhsilini davam etdirib, "Qloballaşma prosesində Azərbaycanın inkişafının bəzi sosioloji aspektləri" mövzusunda dissertasiya işini uğurla müdafiə edərək Sosiologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsi alıb."Ekstremal jurnalistika (praktik vəsait)" kitabının həmmüəlliflərindən biri, jurnalistikaya dair 2, qloballaşmaya dair 8 elmi məqalənin müəllifidir. Universitetdə bakalavr təhsili aldığı illərdən müxtəlif media qurumlarında çalışan Radik İsmayılov Lider televiziyasıXəbərlər xidmətinin baş redaktorunun 1-ci müavini, CBC telekanalının redaktoru vəzifələrində işləyib. Son təyinata qədər isə o,"ARB 24”də baş redaktor vəzifəsində çalışıb.




banner

Oxşar Xəbərlər