• cümə, 26 Aprel, 06:44
  • Baku Bakı 12°C

İtaliyada enerji qiymətləri 25 000 aqroturizm kompleksinin fəaliyyətinə təhdid yaradır

10.10.22 09:30 811
İtaliyada enerji qiymətləri 25 000 aqroturizm kompleksinin fəaliyyətinə təhdid yaradır

Yüksək enerji qiymətləri hər il təxminən 14 milyon insanın ziyarət etdiyi 25 000-dən çox İtaliya aqroturizm kompleksinin işini təhlükə altına qoyur.

“Report” xəbər verir ki, bu barədə “Utilitalia” Kənd Təsərrüfatı İstehsalçıları Assosiasiyası “Coldiretti”nin məlumatlarına istinadən bildirib. Komplekslərə gələnlərin yarıdan çoxunun xarici turistlər olduğu vurğulanıb. “Coldiretti”nin məlumatına görə, artan xərclər kənd yerlərində turizm təklifinin iqtisadi dayanıqlığını təhdid edir.

Xatırladaq ki, daha öncə İtaliyanın şimalındakı Assolombarda sənayeçilər assosiasiyasının prezidenti Alessandro Spada demişdi ki, enerji böhranı ölkədə bir çox şirkətin bağlanmasına səbəb ola bilər.

banner

Oxşar Xəbərlər