• çərşənbə, 20 Noyabr, 21:44
  • Baku Bakı 13°C

Azərbaycanın işgüzar turizm potensialı Almaniyada təbliğ olunur

24.05.23 10:34 9296
Azərbaycanın işgüzar turizm potensialı Almaniyada təbliğ olunur

Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə ölkəmizin işgüzar turizm imkanları Almaniyada keçirilən, işgüzar tədbirlər sənayesinin mühüm sərgilərindən hesab olunan “IMEX Frankfurt” sərgisində təbliğ edilir.

Sərgidə milli stenddə işgüzar turizm imkanlarını tanıtmaq və bu məqsədlə Azərbaycana səfər edəcək sənaye nümayəndələrinin sayını artırmaq üçün Azərbaycan Turizm Bürosu ilə yanaşı, Heydər Əliyev Mərkəzi, Bakı Konqres Mərkəzi də daxil olmaqla ümumilikdə 10 yerli tərəfdaş təmsil olunur.

Stenddə keçirilən görüşlərdə digər ölkələri təmsil edən nümayəndələrə Azərbaycanda müasir və geniş çeşidli xidmətlər təklif edən işgüzar turizm infrastrukturu, Heydər Əliyev Mərkəzi, Bakı Konqres Mərkəzi, Bakı Ekspo Mərkəzi kimi beynəlxalq səviyyəli tədbirlərin keçirildiyi məkanlar, eləcə də hotellər və irimiqyaslı biznes tədbirlərinə ev sahibliyi etmə potensialı haqqında məlumat verilir.

Mayın 25-dək davam edəcək “IMEX Frankfurt” sərgisinə 150-dən çox ölkədən 2 500 turizm nümayəndəsi qatılıb.

Məlumat üçün bildirək ki, 2023-cü ildə Azərbaycan 74-cü Beynəlxalq Astronavtika Konqresi, Avropa Gənclər Parlamentinin 99-cu Beynəlxalq Sessiyası, Avropa Cranio Maksillo Üz Cərrahiyyəsi Assosiasiyasının Regional Konqresinə, həmçinin 2024-cü ildə “University Scholars Leadership” simpoziumuna ev sahibliyi etməyə hazırlaşır.

banner

Oxşar Xəbərlər