• şənbə, 27 Aprel, 03:24
  • Baku Bakı 14°C

İran vasitəsi ilə Azərbaycana svop edilən Türkmənistan qazının həcmi arta bilər

08.01.22 18:07 584
İran vasitəsi ilə Azərbaycana svop edilən Türkmənistan qazının həcmi arta bilər
İran vasitəsi ilə Azərbaycana svop edilən Türkmənistan qazının həcmi ildə 15 milyard kubmetrə qədər arta bilər.
Trend-in məlumatına görə, bunu İranın neft naziri Cavad Ouci Türkmənistan rəsmiləri ilə görüşdən sonra deyib.
C.Oucinin sözlərinə görə, hazırda ildə 2 milyard kubmetr Türkmənistan qazı İran vasitəsi ilə Azərbaycana svop edilir.
Ouci əlavə edib ki, Türkmənistan rəsmiləri ilə enerji sahəsində, o cümlədən qaz svopu, neft və neft-kimya sahəsində ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi haqda müzakirələr aparılıb.
"Gələn günlər ərzində İran və Türkmənistan arasında enerji mübadiləsi sahəsində bir neçə əməkdaşlıq sənədi imzalanacaq”, - deyə o bildirib.
Qeyd edək ki, ötən il 28 noyabrda Türkmənistanın paytaxtı Aşqabadda Türkmənistan qazının İran vasitəsi ilə Azərbaycana svop edilməsi üzrə müqavilə imzalanıb. Müqaviləyə əsasən, ildə 1,5-2 milyard kubmetr qaz svop ediləcək. Müqavilənin icrasına 1 yanvardan başlanıb.
banner

Oxşar Xəbərlər