• şənbə, 27 Aprel, 00:55
  • Baku Bakı 14°C

İran Prezidenti Şahin Mustafayevi qəbul edib

19.05.22 19:09 541
İran Prezidenti Şahin Mustafayevi qəbul edib

İran İslam Respublikasında səfərdə olan Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev mayın 19-da İran Prezidenti Seyid İbrahim Rəisi ilə görüşüb.

Azərbaycan Respublikası Baş nazirinin müavini İran Prezidentinə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını və xoş arzularını çatdırıb, hər iki ölkə rəhbərlərinin iradəsi və diqqəti ilə Azərbaycan-İran əlaqələrinin inkişaf etdiyini vurğulayıb.

Görüşdə ölkələrarası faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsi, birgə layihələrin icrasının davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.

İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi İranın Azərbaycanla əlaqələrinin inkişafına xüsusi önəm verdiyini qeyd edərək səmimi salamlarının və İrana dəvətinin Azərbaycan Respublikasının Prezidentinə çatdırılmasını xahiş edib.

banner

Oxşar Xəbərlər