cümə, 12 Avqust, 07:22

Baku Bakı 22°C

İdarə müdiri: “Qərarlara hər kəs riayət etməlidir”

icon 210 icon 30 iyun 2022 | 13:15 İdarə müdiri: “Qərarlara hər kəs riayət etməlidir”

“Məktəbli forması ilə bağlı hər hansı təzyiqdən söhbət gedə bilməz”.

“Report” xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva jurnalistlərə açıqlamasında deyib.

BŞTİ müdiri xatırladıb ki, məktəbli formaları ilə bağlı Nazirlər Kabinetinin müvafiq qərarı var:

“Bu da məktəbli formasının rəngi, forması və şagirdlərin sağlamlığına xidmət edən qərardır. Qəbul edilən qərar və qanunlara hər kəs riayət etməlidir. Təhsil müəssisələrindəki pedaqoji şuranın qərarı ilə məktəbli formaları üçün üç rəng seçimi edilə bilər. Bu mövzuda başqa təzyiqlər ola bilməz. Valideynlər məktəbin qərarına hörmət edərək rəng seçiminə uyğun olaraq öz övladlarını geyimlə təmin etməlidirlər. Bu, bizim şagirdlərin gələcək sağlam inkişafına müsbət təsir edən amildir. Hesab edirəm ki, sentyabr ayından heç bir təzyiq olmadan, əksinə, sevinərək bu istiqamətdə yaxşı mənzərəni görərək fəaliyyətə başlayacağıq”.

Forma seçən məktəblərin olub-olmamasına gəlincə, M.Vəliyeva əlavə edib ki, bu, hər bir məktəb üzrə pedaqoji şuranın qəbul edəcəyi qərardır:

“Ona görə yekun nəsə demək mümkün deyil. Ola bilsin ki, avqust ayında keçiriləcək şurada bu barədə qərarlar qəbul edilsin. Valideynlərə maarifləndirici işlər aparılacaq və seçim işlərində köməklik ediləcək”.