• şənbə, 04 May, 14:16
  • Baku Bakı 20°C

I sinfə şagird qəbulu sabah yekunlaşır

14.09.21 18:55 235
I sinfə şagird qəbulu sabah yekunlaşır
Sentyabrın 15-də 2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu prosesi başa çatır.
Təhsil Nazirliyindən verilən məlumata görə, birinci sinfə şagird qəbulu üzrə elektron portal (www.mektebeqebul.edu.az) sabah saat 18:00-da bağlanacaq.
Qeyd edək ki, aprelin 27-dən 2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilib.
banner

Oxşar Xəbərlər