• cümə axşamı, 28 mart, 18:28
  • Baku Bakı 13°C

Əhməd Cavad haqqında film çəkilib

20.01.23 06:15 1291
Əhməd Cavad haqqında film çəkilib

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC Azərbaycan Xalq Cümhuriyyətinin və müstəqil Azərbaycan Respublikasının Dövlət Himninin sözlərinin müəllifi Əhməd Cavadın xatirəsinə film hazırlayıb.

QSC-nin İctimaiyyətlə əlaqələr və sosial media şöbəsindən Kaspi.az-a bildirilib ki, AzTV-nin İctimai-siyasi proqramlar studiyasının tarix şöbəsi tərəfindən repressiya qurbanları haqqında “İş nömrəsi” adlı silsilə filmlərin çəkilişlərinə start verilib.

Filmdə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın repressiyaya məruz qalmasından, çətin həyatından bəhs edilib. Sənədli filmdə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Ə.Cavadın nəticəsi, tarixçi Nəsiman Yaqublu və digərləri iştirak edib.

Filmin ssenari müəllifi Mahir Qəribov, rejissoru isə Əli Mikayılovdur.

banner

Oxşar Xəbərlər