AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Hikmət Hacıyevlə İran səfiri arasında bu həftə ikinci görüş olub

Hikmət Hacıyevlə İran səfiri arasında bu həftə ikinci görüş olub

Cəmiyyət
16 Sentyabr 2021, 15:53 119
Bu həftə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə İranın Azərbaycandakı səfiri arasında ikinci dəfə görüş baş tutub.
Kaspi.az-ın məlumatına görə, bunг İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi "Twitter” səhifəsində yazıb.
Səfirin sözlərinə görə, Azərbaycan və İranın ikitərəfli münasibətlərinin inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb:
"Görüşdə ikitərəfli münasibətlərin mövcud vəziyyəti, mövcud problemlər, iki ölkə münasibətlərinin möhkəmləndirilməsi haqqında məsləhətləşmələr və fikir mübadiləsi aparılıb".