• şənbə, 27 Aprel, 08:16
  • Baku Bakı 12°C

Heydər Əsədov Azərbaycanla Bolqarıstan arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə komissiyanın həmsədri təyin edilib

25.09.17 19:00 1574
Heydər Əsədov Azərbaycanla Bolqarıstan arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə komissiyanın həmsədri təyin edilib
Prezident İlham Əliyev "Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Prezidentinin 2008-ci il 6 mart tarixli 2708 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.
Dəyişikliyə əsasən, sərəncamın 1-ci hissəsində "Ziya Məmmədov - Azərbaycan Respublikasının nəqliyyat naziri” sözləri "Heydər Əsədov - Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri” sözləri ilə əvəz edilir.
Xarici İşlər Nazirliyinə bu sərəncamla edilən dəyişiklik barədə Bolqarıstan tərəfinə müvafiq bildiriş göndərmək tapşırılıb.
banner

Oxşar Xəbərlər