• şənbə, 27 Aprel, 02:05
  • Baku Bakı 14°C

Həlledici mərhələlərin püşkatma mərasimi keçiriləcək

10.07.20 09:22 747
Həlledici mərhələlərin püşkatma mərasimi keçiriləcək
Bu gün Çempionlar Liqasının koronavirus pandemiyası ilə bağlı fasilədən sonra bərpa olunacaq 2019/20 mövsümünün həlledici mərhələlərinin püşkatma mərasimi keçiriləcək.
Apasport.az saytının məlumatına görə, İsveçrənin Nyon şəhərindəki tədbirdə 1/4, 1/2 final cütləri müəyyənləşəcək, həmçinin finalın nominal meydan sahibi bilinəcək.
Mərasim Bakı vaxtı ilə saat 14:00-da başlayacaq. Kor püşk zamanı səbətlər olmayacaq və eyni ölkə təmsilçilərinin qarşılaşması mümkün olacaq.
Püşkatmada 4 klub və 4 cüt iştirak edəcək. Bunlar cavab oyunları baş tutmayan 1/8 final cütləridir.

"Atalanta” (İtaliya)
"Atletiko” (İspaniya)
"Leypsiq” (Almaniya)
PSJ (Fransa)
"Çelsi” (İngiltərə) - "Bavariya”(Almaniya) cütünün qalibi
"Napoli” (İtaliya) – "Barselona” (İspaniya) cütünün qalibi
"Real” (İspaniya) – "Mançester Siti” (İngiltərə) cütünün qalibi
"Lion” (Fransa) – "Yuventus” (İtaliya) cütünün qalibi
1/8 final cütlərində cavab matçları avqustun 7-8-də baş tutmalıdır. Həlledici oyunların hamısı Portuqaliyanın paytaxtı Lissabonda təşkil olunacaq.
Bir qarşılaşmadan ibarət 1/4 və 1/2 final görüşləri müvafiq olaraq avqustun 12-15-də və 18-19-da baş tutacaq. Final qarşılaşması isə avqustun 23-də keçiriləcək.
Qeyd edək ki, öncədən final oyunu Türkiyənin İstanbul şəhərində keçirilməsi planlaşdırılan Çempionlar Liqası koronavirus pandemiyası üzündən martda dayandırılıb.
banner

Oxşar Xəbərlər