• cümə axşamı, 25 aprel, 20:18
  • Baku Bakı 21°C

Helikopter qəzasının nədən baş verdiyi hamımız üçün bir sualdır - Məsuliyyət, dəqiqlik, operativlik öndə olmalıdır

02.12.21 10:32 328
Helikopter qəzasının nədən baş verdiyi hamımız üçün bir sualdır - Məsuliyyət, dəqiqlik, operativlik öndə olmalıdır
"Cəmiyyətin təcili informasiya tələbatını "operativlik" adına dəqiq olmayan informasiya ilə doldurmaq media adına peşəkarlıq deyil və ictimai məsuliyyət yaradır".
Kaspi.az xəbər verir ki, bu barədə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini, piolitoloq Hikmət Babaoğlu bildirib.
O qeyd edib ki, postmodernist cəmiyyətlərdə informasiya imperativ mövqe tutduğu üçüninformasiya cəmiyyətləri adlandırılırlar.

Deputatın sözlərinə görə, belə cəmiyyətlərdə informasiyayumşaq güc vasitəsi kimi çıxış edir, hadisələri ictimai rəyə təqdim yox, diktə edir: "Beləliklə də informasiya ilə bağlı hər hansı boşluq, yaxud qeyri-dəqiqlik obyektiv gerçəkliyi tamamilə alt-üst edir, onun yanlış qavranılmasını şərtləndirir. Bu barədə çox danışılsa da təssüf ki, son helikopter qəzasından sonra biz yenə informasiya məkanımızda xeyli məsələlərin yerində olmadığını müşahidə etdik. Yenə də bəzi hallarda hadisə manipuliyasiya edilərək təqdim olundu. Onun izahı və şərh edilməsi yenə də qeyri-peşəkarların üstünə düşdü, ya da atıldı. Beləliklə informasiya psevdovətənpərvərlərimiz bilərəkdən və ya bilməyərəkdən Milli Ordumuzun imicinə, onun illərlə komplektləşdirilmiş şəxsi heyətinin peşəkarlığına xələl gətirən hallara yol verdilər. Bu isə həm hərbi, həm də informasiya təhlükəsizliyimiz baxımından milli maraqlarımıza uyğun deyil".

Politoloq söyləyib ki, helikopter qəzasının nədən baş verdiyi hamımız üçün bir sualdır: "Hər birimizə bu sualın doğru cavabı lazımdır. Ona görə də hər şeydən öncə media bu suala düzgün cavab verə biləcək peşəkarlara və rəsmi qrumlara üz tutmalıdır. Biz isə bəzən cəmiyyətin təcili informasiya tələbatını görən kimi onu qarşlaımaq üçün hər hansı mənbəyə üz tutur, həmin mənbədən əldə etdiyimiz məlumatları cəmiyyətə təqdim edirik. Bu doğu yaxud media adına peşəkar yanaşma deyil. Yanlış informasiya yaymağın ictimai yaxud hüquqi məsuliyyətinə gəldikdə isə biz əksər hallarda "söz azadlığı" çətiri altında gizlənməyə çalışırıq. Bu da doğru deyil. Ona görə də informasiya cəmiyyətində hər şeydən öncə məsuliyyət, dəqiqlik, yalnız bundan sonra operativlik öndə olmalıdır. Milli maraqlarımızın, Ordumuzun, onun şanlı mənsublarının əleyhinə işləyə biləcək operativlik heç kəsə lazım deyil. Hamı bilir ki, belə qəzalar dünyanın hər yerində olur. Bənzər qəzalara görə dünya statistikasına nəzər salsaq görəcəyik ki, Azərbaycan bu tipli qəzalara görə ən son yerlərdən birini tutur. Bu da Ordumuzun texniki təchizatının yeni və keyfiyyətli, hərbçi kadrlarımızın isə hazırlığının yüksək səviyyədə olması ilə əlaqədardır. Ona görə də milli mediamız bu mühüm nüanslara daima diqqət yetirməli və daha məsuliyyətli davranmağı bacarmalıdır".
Alpər TURAN


banner

Oxşar Xəbərlər