“Hədəf Nəşrləri”nin müəllif tenderində qısa siyahı məlum olub – Siyahı

"Hədəf Nəşrləri”nin "Bilgənin macəraları” uşaq
seriyası kitabları üçün elan edilən müəllif tenderi iştirakçılarının qısa
siyahısı məlum olub.
Kaspi.az xəbər verir ki, 51 müəllifin qatıldığı
tenderdə iştirkaçıların mətnləri obyektivliyin qorunmasının təmini üçün
kodlaşdırılaraq münsiflər heyətinə təqdim edilib. 5 münsif tərəfindən qiymətləndirilən
mətnlər arasından 7-si qısa siyahıya salınıb:- Aynur Qarayeva;
- Cəmilə Məmmədli;
- Əziz Yaqubzadə;
- Fərəh İsmayılzadə;
- Pünhan Şükür;
- Seymur Oruc;
- Şəbnəm
Xeyrulla.
Növbəti mərhələdə qısa siyahıya düşənlər
arasından qalib müəllif seçiləcək. Qeyd edək ki, ilk layihə – 10 kitabdan ibarət
silsilə "Bilgənin macəraları” adlanacaq.
Xatırladaq ki, tender qalibinə 10 hekayə
müqabilində 2500 manat qonorar ödəniləcək.