• şənbə, 27 Aprel, 00:04
  • Baku Bakı 14°C

Gürcüstanlı nazir: “Azərbaycanla yeni layihələr reallaşdırmağa hazırıq”

18.10.21 13:04 279
Gürcüstanlı nazir: “Azərbaycanla yeni layihələr reallaşdırmağa hazırıq”

"Azərbaycan son illər Gürcüstanın əsas ticari tərəfdaşlarının ilk beşliyinə daxil olub, cari ilin göstəricilərinə əsasən isə 4-cü yerdə qərarlaşıb”.
Bunu"Report”un yerli bürosuna müsahibəsində Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziriNatia Turnavadeyib.
Nazir bildirib ki, koronavirus pandemiyasından öncə Azərbaycan Gürcüstanda vacib investor olub: "Azərbaycanın sərmayələri Gürcüstan iqtisadiyyatının nəqliyyat və rabitə, tikinti, energetika, emal, səhiyyə və turizm kimi sahələrinə yönəldilib. Azərbaycan bizim həm ticarət, həm də investisiyalar baxımından əsas strateji tərəfdaşlarımızdan biridir”.
N.Turnavanın sözlərinə görə, iki ölkə arasında Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu, Cənub Qaz Dəhlizi kimi regional energetika və nəqliyyat layihələrində məhsuldar əməkdaşlıq edir: "Bu layihələr yalnız Cənubi Qafqaz bölgəsinin inkişafı üçün deyil, daha geniş anlamda Avrasiya bölgəsi, həmçinin ümumi sabitlik və təhlükəsizlik üçün mühüm əhəmiyyət kəsb edir”.
O qeyd edib ki, Gürcüstan və Azərbaycanın iştirakçısı olduğu birgə layihələr əhəmiyyəti baxımından unikaldır: "Biz bundan sonra da layihələrin tam şəkildə fəaliyyət göstərməsi və inkişafına fəal olaraq töhfə verməyə hazırıq. Diqqətəlayiqdir ki, bu layihələr bizim ölkələrin suverenliyinin təminatında və bizim dəhlizin önəminin artırılmasında əhəmiyyətli rol oynayıb. Gürcüstan Azərbaycanla həm cari, həm də planlaşdırılan nəqliyyat və energetika layihələrinin reallaşdırılmasında münasibətlərin dərinləşdirilməsinə hazırdır”.
Gürcü nazir Azərbaycan xalqını Müstəqilliyin Bərpası Günü münasibətilə də təbrik edib: "Mənim üçün Gürcüstana qardaş dövlət olan Azərbaycanı əlamətdar tarix – Müstəqilliynin Bərpası Günü münasibətilə təbrik etmək böyük şərəfdir. Ölkələrimiz arasında tarixən mövcud olan sıx dostluq əlaqələri unikallığı ilə seçilir. Əminəm ki, Gürcüstan və Azərbaycan arasında yüksək səviyyədə strateji və mehriban qonşuluq münasibətləri bundan sonra da hər iki xalqın rifahı naminə möhkəmlənəcək. Azərbaycan xalqını bir daha təbrik edirəm, sülh və çiçəklənmə arzulayıram”.
banner

Oxşar Xəbərlər