• çərşənbə axşamı, 19 mart, 08:37
  • Baku Bakı 8°C

Gürcüstan nümayəndə heyəti Azərbaycanda parlament seçkilərini müşahidə edəcək

23.01.20 14:15 1707
Gürcüstan nümayəndə heyəti Azərbaycanda parlament seçkilərini müşahidə edəcək
Gürcüstanın Mərkəzi Seçki Komissiyası fevralın 9-da Milli Məclisə keçiriləcək seçkiləri müşahidə etmək üçün Azərbaycana nümayəndə heyəti göndərəcək.
Bu barədə Trend-ə Gürcüstan MSK-dan məlumat veriblər.
Komissiyadan bildiriblər ki, Milli Məclisə seçkiləri izləmək üçün Azərbaycan Mərkəzi Seçki Komissiyasından dəvət alınıb. Gürcüstan MSK Azərbaycana beş nəfərdən ibarət nümayəndə göndərmək niyyətindədir.
Qeyd olunur ki, nümayəndə heyətinə Gürcüstan MSK-nın sədr müavini Georgi Şarabidze, MSK-nın katibi Georgi Cavaxişvili, MSK hüquq şöbəsinin rəhbəri Georgi Dzaqaniya, MSK Personalın idarə olunması şöbəsinin rəhbəri Georgi Kalandarişvili, MSK-nın Seçki sistemləri, islahatlar və tədris mərkəzinin direktoru Natia Zaalişvili daxil olacaq.
Gürcüstan nümayəndə heyətinin Bakıya fevralın 7-i və ya 8-də gələcəyi gözlənilir.

banner

Oxşar Xəbərlər