• şənbə, 20 Aprel, 13:14
  • Baku Bakı 23°C

Gürcüstan Azərbaycanlıları Konqresinin üzvləri Bolnisidə 20 Yanvar şəhidinin məzarını ziyarət ediblər

20.01.20 10:34 580
Gürcüstan Azərbaycanlıları Konqresinin üzvləri Bolnisidə 20 Yanvar şəhidinin məzarını ziyarət ediblər
Gürcüstan Azərbaycanlıları Konqresi (GAK) 20 Yanvar faciəsi ilə əlaqədar anım tədbiri keçirib.
AZƏRTACxəbər verir ki, konqresin sədri Hüseyn Yusubov, təşkilatın üzvləri, Marneuli və Bolnisi rayonunun ziyalıları, yerli bələdiyyələrin deputatları, məktəblilər yanvarın 19-da "Qanlı Yanvar” şəhidi İlqar Əhmədovun Bolnisi rayonunun Faxralı kəndində məzarını ziyarət ediblər.
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, onların ruhuna dualar oxunub.
GAK sədri H.Yusubov 20 Yanvar faciəsi ilə bağlı məlumat verib, şəhidlərin öz qanları ilə Azərbaycan tarixində qəhrəmanlıq səhifəsi açdıqlarını bildirib.
Digər çıxış edənlər Azərbaycan və gürcü xalqlarının xalqının müstəqillik uğurundakı mübarizəsindən danışıb, hər iki ölkənin şəhidlərinin xatirəsinin daim əziz tutulduğunu bildiriblər.
Mərasimdə Faxralı kənd məktəblərinin şagirdləri şəhidlərə həsr olunmuş şeirlər söyləyiblər.

banner

Oxşar Xəbərlər