• cümə axşamı, 12 iyun, 15:21
  • Baku Bakı 29°C

Günay İbrahimli: “O da mənim qədər həyəcan keçirir”

26.01.15 13:35 1381
Günay İbrahimli: “O da mənim qədər həyəcan keçirir”
Müğənni Günay İbrahimli yeni mahnı üzərində çalışır.
Eltonun xanımı Tamilla Hüseynəliyeva ilə işbirliyinə başlayan və üzərində daha da ciddi çalışacağını bildirən ifaçı “Huzur” adlı mahnı ilə tamaşaçılarının qarşısına çıxacaq. Mahnının sözləri və musiqisi bir çox sevilən mahnıları ərsəyə gətirən Tural Bayraməliyeva məxsusdur. Fikirlərini bizimlə bölüşən Günay bunun da digərləri kimi seviləcəyinə inandığını bildirib: "Tural bu günə qədər bir çox mahnılar bəstələyib, sözlər yazıb, amma mən hesab edirəm ki, bu mahnı onun ən çox uğur qazanacağı işi olacaq. O, işinə çox ciddi yanaşan insandır, mən bilirəm ki, o da hər bir bəstəsi üçün mənim qədər həyəcan keçirir".
G. İbrahimli bundan əlavə olaraq bildirib ki, mahnı yaxın günlərdə radio dalğalarda səslənəcək.
banner

Oxşar Xəbərlər