• cümə, 26 Aprel, 10:34
  • Baku Bakı 12°C

G7 iri qlobal şirkətlərdən vergilərin tutulmasına dair sazişi imzalamağa yaxındır

24.05.21 13:15 785
G7 iri qlobal şirkətlərdən vergilərin tutulmasına dair sazişi imzalamağa yaxındır
G7 ölkələri (Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa, Yaponiya) transmilli korporasiyalardan korporativ vergitutmaya dair sazişin bağlanmasına yaxındır.
"APA-Economics" xəbər verir ki, bu barədə "Financial Times" yazır.
Məlumata görə, saziş bu ilin payızında dünyanın ən böyük şirkətlərindən ödənişlərin toplanması üçün yeni qaydalar müəyyənləşdirərək qlobal bir sövdələşməyə yol açır.
Saziş mayın 28-də G7-nin maliyyə nazirlərinin onlayn keçiriləcək görüşü zamanı imzalana bilər. Sövdələşmənin detallarının 4-5 iyun tarixlərində Londonda keçiriləcək görüş zamanı müzakirə ediləcəyi gözlənilir. Sazişin Parisdə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) çərçivəsində keçirilən və G20 ölkələri tərəfindən aparılan rəsmi danışıqlarda sövdələşmənin bağlanması üçün vacib bir ilkin şərt ola biləcəyi istisna edilmir.
Sövdələşmə şirkətlərin mənfəətlərini vergidən yayındırma imkanlarını ciddi şəkildə məhdudlaşdıracaq. Eyni zamanda, Amerikanın rəqəmsal nəhənglər satışlar həyata keçirdiyi ölkələrdə daha çox vergi ödəmək məcburiyyətində qalacaqlar. Ötən həftə ABŞ Maliyyə Nazirliyi qlobal korporativ gəlir vergisini ən azı 15% səviyyəsində müəyyən etməyi təklif edib. Hazırda korporasiyalar üzrə qlobal vergi sıfıra bərabər olduğu dövrdə korporativ vergilərdə azalma müşahidə olunur.
Bu, ABŞ və digər ölkələrin kritik sərmayələr yatırmaq üçün lazımlı gəliri artırma qabiliyyətini zəiflədir. Bununla belə, Almaniya və İtaliya qlobal minimum verginin müəyyən olunmasının fəal tərəfdarıdır. Öz növbəsində, Fransa və Böyük Britaniya bu cür vergilərin ödənildiyi yerə böyük əhəmiyyət verirlər.
G20 ölkələri bu ilin yayına qədər sazişi imzalamağa səy göstərir, lakin beynəlxalq sövdələşmə üçün ehtimal edilən tarix oktyabr ayı olacaq.
banner

Oxşar Xəbərlər