AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

FHN tikintidə köməksiz vəziyyətdə qalan fəhlələri xilas etdi

FHN tikintidə köməksiz vəziyyətdə qalan fəhlələri xilas etdi

Cəmiyyət
28 May 2020, 20:40 270
Tərtər rayonunda binanın fasadında üzləmə işləri aparılan zaman 2 nəfər fəhlə köməksiz vəziyyətdə qalıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə Tərtər rayonunda beşmərtəbəli inzibati binanın fasadında üzləmə işləri aparılan zaman fəhlələrin olduğu konstruksiya (tikintidə istifadə olunan demir ayaqaltı) divardan aralanıb, nəticədə 2 nəfər köməksiz vəziyyətdə qalıb.

Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin Tərtər rayon yanğından mühafizə hissəsinin və Qarabağ Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər əməliyyat şəraitini qiymətləndirdikdən sonra, müvafiq təhlükəsizlik tədbirləri həyata keçiriblər. Mürəkkəb və riskli şəraitdə aparılan xilasetmə işləri nəticəsində həyatı təhlükəsi olan vəziyyətdə qalan şəxsləri xilasedicilər təhlükəsiz əraziyə çıxararaq xilas ediblər, həmçinin konstruksiyada bərkitmə işləri aparıblar.