AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

"Euronews" Heydər Əliyev Mərkəzinin COVID-19 yayılan ölkələrlə həmrəyliyini nümayiş etdirdi

Mədəniyyət
09 Aprel 2020, 14:22 537
"Euronews" televiziya kanalı Heydər Əliyev Mərkəzinin COVID-19 yayılan ölkələrlə həmrəyliyini nümayiş etdirib.
Trend-in məlumatına görə, Mərkəzin müxtəlif ölkələrin dövlət bayraqlarını əks etdirdiyi videoproyeksiyalar kanalın "Şərhsiz" bölümündə yayımlanıb.
Qeyd edək ki, aprelin 3-dən başlayaraq hər gün virusdan zərərçəkən bir dövlətin bayrağı həmin ölkənin musiqinin sədaları altında Mərkəzin binası üzərinə proyeksiya olunur. Videoproyeksiya ölkələrin adlarının ingilis dilindəki əlifba ardıcıllığına uyğun olaraq həyata keçirilir. Bununla Heydər Əliyev Mərkəzi "COVID-19"un geniş yayıldığı dövlətlərə və onların xalqlarına dəstəyini, hörmət və ehtiramını ifadə edir.