• cümə, 26 Aprel, 13:41
  • Baku Bakı 23°C

“Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC yük avtomobili olan şəxslərə və dükan sahiblərinə müraciət edib

09.06.17 14:10 2272
“Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC yük avtomobili olan şəxslərə və dükan sahiblərinə müraciət edib
Şəxsi yük avtomobili olan şəxslərin və dükan sahiblərinin nəzərinə!
"Ərzaq Məhsullarının Tədarükü və Təchizatı” ASC tərəfindən ölkə başçısının satış şəbəkələrinin yaradılması və genişləndirilməsi barədə tapşırıqları əsas götürülərək istehsalçıların min bir zəhmət hesabına istehsal etdikləri məhsulların operativ satışının təmin olunması, ölkənin iri şəhərlərində (Bakı, Sumqayıt, Gəncə, Şirvan və Mingəçevir və s.) əhalinin keyfiyyətli və ucuz ərzaq məhsulları ilə təmin olunması məqsədilə fermerlərdən tədarük edilmiş məhsulların səyyar satışının təşkil olunması işlərinə başlamışdır.
Müvafiq tələblərə cavab verən yük avtomobili və dükanı olan şəxsləri səyyar satış işlərində əməkdaşlığa dəvət edirik.
Yük avtomobili texniki baxımdan saz vəziyyətdə və tutumu 5 tona qədər olmalıdır.
Səhmdar Cəmiyyət tərəfindən tətbiq ediləcək güzəştlər:
- Müvafiq icra hakimiyyəti orqanları tərəfindən səyyar satış üçün tələb olunan xüsusi icazələrin alınması;
- Səyyar satış üçün zəruri xərcələrin təmin olunması;
- Növündən asılı olmayaraq məhsulların topdansatış qiymətinə verilməsi.
Maraqlananların daha geniş məlumat almaları və müqavilə bağlamaları üçün aşağıdakı ünvana müraciət etmələri xahiş olunur.
Ünvan: "Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti, Bakı ş., Qaradağ rayonu, Lökbatan q., Xocahəsən yolu 57 (Meyvəli Loqistika Mərkəzi). Əlaqə telefonu: 012 555 04 14
banner

Oxşar Xəbərlər