AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Ermənistanın BMT Təhlükəsizlik Şurasında təmsil olunmasına veto qoyulmalıdır

Ermənistanın BMT Təhlükəsizlik Şurasında təmsil olunmasına veto qoyulmalıdır

Cəmiyyət
24 Sentyabr 2020, 16:15 201
Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasında çıxışı zamanı olduqca önəmli məsələlərə toxundu. Qoşulmama Hərəkatına üzv 120 dövlətin adından çıxış etmək hüququnun Azərbaycan Prezidentinə həvalə olunması, mühüm hadisə kimi qiymətləndirilməlidir.
 
Bunu Trend-ə Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova deyib.
Partiya sədri bildirib ki, bu gün BMT-nin 75 illiyi qeyd edilir: Qeyd etmək gərəkir ki, BMT-nin bir beynəlxalq təşkilat olaraq gücləndirilməsinə, çox ehtiyac var. Qoşulmama Hərəkatı isə BMT-nin rolunun gücləndirilməsinə çox böyük əhəmiyyət verir. Biz bunu dəfələrlə beynəlxalq tribunalardan səsləndirmişik və bir daha qeyd etmək istəyirəm, bu gün həqiqətən BMT-nin Təhlükəsizlik Şurasında islahatların aparılmasına çağırış etmək gərəkir".
 
İlkin olaraq, işğalçı prinsiplərə xidmət edən, insan hüquqlarını pozan, təcavüzkar ekspansionist siyasətə xidmət edən, terrorçuluq, separatizm, beynəlxalq mütəşəkkil cinayətkarlıq və ekstremizmin vüsət aldığı Ermənistanın Təhlükəsizlik Şurasında təmsil olunmasına veto qoyulmalıdır. Hesab edirəm, sadaladığım önəmli amillərlə mübarizə aparan və bu kimi məsələləri sərt qınayan BMT, eləcə də təşkilatda təmsil olunan dövlətlər bu məsələni yekdilliklə qəbul etməyə bilməzlər. İllərdir BMT kimi nüfuzlu bir təşkilatın Azərbaycanın ərazi bütövlüyünü təsdiq edəcək 4 qətnaməsinin Ermənistan tərəfindən açıq-aşkar iqnor edilməsi və məhəl qoyulmaması, təşkilat rəhbərliyi tərəfindən qəbul edilməməlidir.
 
Bu gün BMT Ermənistanın qanunsuz olaraq Azərbaycanın işğal altında olan torpaqlarına ermənilərin köçürülməsinə münasibət bildirməlidir. Bu tendensiya beynəlxalq hüquq müstəvisində türklərin etnik təmizləmə planlarının davamı və ya soyqrımı kimi qiymətləndirilməlidir. BMT Dünya Birliyini bu kimi məsələlərə etinasız qalmamağa çağırış etməlidir. Belə çağırışların nə qədər önəmli olduğunu Azərbaycan Prezidenti Cənab İlham Əliyev öz təşəbbüsü ilə BMT-nin də iştirakı ilə COVİD-19-la mübarizə kontekstində toplantının keçirilməsini təklif etdi.
 
Bu görüş çərçivəsində Cənab Prezident başda olmaqla çağırışlar olundu. Həyəcan təbili çalındı. Baxın eyni addımı bu gün beynəlxalq hüququ pozan və işğalçılıq prinsiplərini davam etdirərək BMT də üzvlüyünü davam etdirərək, təşkilatın da heç bir qətnaməsini icra etməyən tək dövlət Ermənistandır. Bu digər dövlətlərə qarşı da hörmətsizlik və təmsil olunduğu beynəlxalq təşkilatın prinsiplərinə qarşı iqnoredici hərəkət kimi qəbul edilməli və bu birmənalı olaraq sanksiyalarla cəzalandırılmalıdır.
 
Bu gün Cənab Prezident İlham Əliyevin sayəsində Azərbaycan yetərli qədər nüfuz sahibidir. Azərbaycanın yürütdüyü vahid siyasəti var. Bu gün bir neft ölkəsi kimi məhz cənab İlham Əliyevin doğru siyasəti sayəsində siyasi platformada düşməndən çox, dostluq etdiyimiz ölkələr var. Baxın, bu gün bir çox neft ölkələrinin aqibətinə. Neft ölkəsini idarə etmək asan deyil. Belə bir halda, Azərbaycanın heç bir beynəlxalq təşkilatın tərifinə ehtiyacı yoxdur. Cənab İlham Əliyev siyasəti ilə artıq beynəlxalq siyasi platformada öz mövqeyini qəti şəkildə qoymuşdur. Bu gün Azərbaycan beynəlxalq təşkilatlar tərəfindən obyektiv və konkret mövqe ortaya qoymağı tələb edir. Azərbaycan üzümüzə tərif oxuyub, ikilistandartlar sərgiləyən beynəlxalq təşkilatların fəaliyyətindən imtina etmək hüququna da sahibdir. Bu gün Azərbaycan siyasi alanda regionda təhlükəsizliyi təmin etmək adına, həm beynəlxalq təşkilatlar, həm dünya ölkələri arasında saf-çürük etməlidir".