Erməni vandalizmi dünya mediasında

İyulun 4-də dünya növbəti dəfə erməni vandalizminin
şahidi oldu. Həmişəki kimi, bu dəfə də ermənilərin hədəfi dinc sakinlər,
azyaşlı körpə idi. Bu qətliamı həyata keçirməklə Ermənistan hakimiyyəti iç
üzünü, əsl mahiyyətini bir daha göstərmiş oldu.
Ermənistanın vandal hərəkətləri barədə məlumatları
öz səhifələrində yerləşdirən dünya mediası bu dəfə də baş verən qanlı hadisəyə
geniş yer ayırıb. Qardaş Türkiyənin əksər nəşrləri hadisəni pisləyən xəbərlər
dərc ediblər. Nüfuzlu "Posta” qəzeti
"Türkiye Ermenistan'ın Azerbaycan'a saldırısını kınadı” başlıqlı məqaləni
Türkiyə Xarici İşlər Nazirliyinin faciəni pisləyən bəyanatı ilə başlayıb. Qeyd
edilib ki, nazirlik iyulun 4-də Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli
rayonunun Alxanlı kəndinin 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı
qumbaraatanlardan atəşə tutulması nəticəsində iki nəfərin həlak olması, bir
nəfərin yaralanması hadisəsi ilə bağlı bəyanat yayıb. "Ermənistanın törətdiyi
bu hadisəni şiddətlə qınayırıq. Bu xain hücumda həyatlarını itirən azərbaycanlı
qardaşlarımıza Allahdan rəhmət, ailələrinə və bütün Azərbaycan xalqına
başsağlığı, atəş nəticəsində yaralanmış azərbaycanlıya şəfalar diləyirik”, - deyə
bəyanatda bildirilib. Məqalədə bəyanat tam şəkildə yerləşdirilib.
"Miliyyet”
qəzetində dərc edilən "Ermeni ordusu
Azerbaycan'da sivilleri vurdu!” başlıqlı məqalədə də bu qanlı insidentdən
bəhs edilib. Vandalzm aktı pislənilməklə, Azərbaycanın bu olayı layiqli şəkildə
cavablandırdığı bildirilib. O cümlədən "İHA”
agentliyi "Azerbaycan ile Ermenistan
arasında sular durulmuyor” başlıqlı məqalədə bu məsələdən bəhs edib. "BBC turkcə”də "Ermənistan Azərbaycana top atəşi açdı” başlıqlı məqalədə məsələyə
Türkiyənin reaksiya verdiyi vurğulanıb. "Anadolu”
agentliyində "Ermənistanın Azərbaycana
hücumuna Türkiyədən sərt reaksiya” başlıqlı məqalə yayılıb.
Rusiya mediası isə Rusiya Xarici İşlər Nazirliyinin
rəsmi nümayəndəsi Mariya Zaxarovanın fikirlərinin yerləşdirib. Rusiya XİN-in
rəsmisi erməni vəhşiliyi nəticəsində ölən və yaralananların ailəsinə başsağlığı
verib. "İnterfaks”, "İTAR TASS” agentliklərində bu
məsələdən bəhs edilib. "Reuters” isə
"Üsyançılar Dağlıq Qarabağ yaxınlığında
azərbaycanlı qadınla uşağı öldürüb” başlıqlı məqalədə yazır ki,
Azərbaycanın Müdafiə Nazirliyi separatçı Dağlıq Qarabağa yaxın ərazidə
Ermənistan tərəfindən dəstəklənən silahlıların azərbaycanlı qadın və uşağı
öldürdüyü, bir nəfərisə yaraladığı haqda məlumat yayıb.
Fransanın "İslamnews”, "l'express”, "Mediapart”
portalları, eləcə də "Le Monde”
qəzeti iyulun 4-də Füzuli rayonunun Alıxanlı kəndində erməni hərbiçilərin
törətdiyi qanlı hadisədən yazır.
Məqalələrdə 2 yaşlı Zəhranın və onun nənəsinin
Ermənistan silahlı qüvvələrinin növbəti təxribatının qurbanı olduğu diqqətə
çatdırılır. Azərbaycan XİN-in qanlı hadisə ilə bağlı verdiyi məlumatdan söz
açılır. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixindən,
torpaqlarımızın işğalından, münaqişə nəticədə bir milyondan çox azərbaycanlının
öz doğma yurdundan didərgin salınmasından ətraflı bəhs olunur. Ermənistanın
kiçik Zəhranın və nənəsinin ölümündə birbaşa məsuliyyət daşıdığı qeyd olunur.
Yazılarda Ermənistanın təcavüzkar siyasəti,
erməni hərbiçilər tərəfindən azərbaycanlı əsirlərə verilən işgəncələr barədə
məlumat verilir. Həmçinin Ermənistanın Azərbaycanın tarixi torpaqları olan
Dağlıq Qarabağda həyata keçirdiyi etnik təmizləmə siyasətindən, Azərbaycan
maddi-mədəniyyət abidələrinin dağıdılmasından danışılır.
Bildirilir ki, illərdir beynəlxalq ictimaiyyətin
biganə qaldığı bu münaqişənin həllində Fransa da önəmli rol oynamalıdır.
ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransa təzyiq göstəməlidir ki, beynəlxalq
hüquqa riayət edilsin və Ermənistan regionda apardığı etnik təmizləmə
siyasətinə görə cəzalandırılsın.
Azər
