• bazar ertəsi, 07 iyul, 09:21
  • Baku Bakı 23°C

Elnarə Xəlilova Xocalı haqda mahnı oxuyub

26.02.18 17:17 1413
Elnarə Xəlilova Xocalı haqda mahnı oxuyub
Müğənni Elnarə Xəlilova "Justice for Khojali”” ("Xocalıya ədalət”) adlı mahnı təqdim edib. Musiqi parçası ingilis və Azərbaycan dillərindədir. Mahnının sözləri Azərbaycan Dillər Universitetinin müəllimi, əslən Xocalıdan olan Yusif Savalana, musiqisi Elnarənin özünə, aranjemanı Emil Həşimova aiddir.
Elnarə mahnının ingilis dilində olmasına da aydınlıq gətirib: "Məqsədimiz bütün dünyaya Xocalı soyqırımını çatdırmaqdır. Mən sözləri oxuduqdan sonra o qədər təsirləndim ki, bir günün içində ona musiqi yazdım”.
Layihənin rəhbəri Elnarə Xəlilova, təşkilatçıları Rövşən Cahangirov və Yaqub Cavadovdur. Video-klip üzərində Ramin Mirzəyev və Seymur Əlibəyov çalışıb.
Mahnını buradan dinləyə bilərsiniz:
banner

Oxşar Xəbərlər