AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Elmar Məmmədyarovun Türkiyəli həmkarı ilə telefon danışığı olub

Elmar Məmmədyarovun Türkiyəli həmkarı ilə telefon danışığı olub

Siyasət
24 May 2020, 22:30 309
Bu ilin 24 may tarixində Xarici İşlər naziri Elmar Məmmədyarovun Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə telefon söhbəti olub.
 
Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, nazir Elmar Məmmədyarov həmkarı Mövlud Çavuşoğlunun Azərbaycanın 28 May-Respublika Günü münasibətilə səmimi təbriklərini qəbul edib. Tərəflər, habelə bir-birlərini Ramazan bayramı münasibətilə təbrik ediblər və ən xoş arzularını ifadə edibilər.
 
Nazirlər, həmçinin iki ölkə arasındakı dostluq və qardaşlıq əlaqələrinin uğurla inkişafı ətrafında fikir mübadiləsi aparıblar.