• cümə axşamı, 28 mart, 19:49
  • Baku Bakı 13°C

Əlillik meyarları ilə bağlı dəyişikliklərin 1 iyul 2022-ci ildən qüvvəyə minməsi nəzərdə tutulur

22.06.21 12:03 409
Əlillik meyarları ilə bağlı dəyişikliklərin 1 iyul 2022-ci ildən qüvvəyə minməsi nəzərdə tutulur
"Əlilliyin orqanizmin funksiyasının pozulmasına görə qiymətləndirilməsi zamanı meyarların cədvəlində olan xəstəliyə uyğun əlillik təyin olunacaq”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Musa Quliyev deyib.

Deputat bildirib ki, tək böyrəyin zədələnməsi xroniki böyrək çatışmazlığı 80% əlillik kimi qiymətləndirilir: "Dərəcələr arasındakı qiymətləndirmə 1% aralığı ilə deyil, 5% aralığı ilə diferensiallaşdırılacaq. Əlilliyin müəyyən edilməsi meyarları layihəsi üzərində deputatların təklifi ilə iş aparılması müvafiq nazirliyə deyilib. Komitə hesab edir ki, əlillik meyarlarının dəqiqləşdirilməsi, icbari tibbi sığorta həkimlərinin treninqlərə cəlb edilməsi, proqram təminatının həyata keçirilməsi üçün qarşıdakı 5 ay kifayət etməyəcək. Qanuna edilən dəyişikliklərin 1 iyul 2022-ci il tarixindən qüvvəyə minməsi məqsədə müvafiq hesab edilib. Bu, Prezident Administrasiyasının müvafiq şöbəsi ilə də razılaşdırılıb. Əvvəl dəyişikliklərin 2022-ci il yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulmuşdu”.
banner

Oxşar Xəbərlər