• şənbə, 27 Aprel, 07:50
  • Baku Bakı 12°C

Elektrik və hibrid mühərrikli avtomobillər üçün kredit qaydaları açıqlanıb

24.09.22 02:15 709
Elektrik və hibrid mühərrikli avtomobillər üçün kredit qaydaları açıqlanıb

Məlum olduğu kimi, 2021-ci il dekabrın 29-da “Ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması və təşviqi ilə bağlı qiymətləndirmələrin aparılması, təkliflərin hazırlanması və həyata keçirilməsi üzrə 2022-ci il üçün Yol Xəritəsi” (Yol Xəritəsi) təsdiqlənib. Yol Xəritəsi ilə Ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin genişləndirilməsi üzrə maliyyə əlçatanlığının təmin olunması, bu sahədə aidiyyəti normativ aktlara dəyişikliklərin edilməsi və Azərbaycan Banklar Assosiasiyası vasitəsilə geniş təşviq olunması nəzərdə tutulub.

Kaspi.az xəbər verir ki, tədbirlərin icrası istiqamətində Mərkəzi Bank tərəfindən “Kredit riskləri, o cümlədən iri kredit riskləri ilə bağlı prudensial normativ və tələblərə dair” Qaydalarda müvafiq dəyişikliklər edilərək elektrik mühərrikli və hibrid avtomobillərə verilən kreditlər üzrə borcalanlar tərəfindən ödənilməli olan ilkin ödənişlərlə bağlı diferensial yanaşma tətbiq olunub. Ekoloji təmiz avtomobillərdən istifadənin stimullaşdırılması məqsədilə mühərrik növündən (elektrik, hibrid, yanacaq) və istehsal ilindən asılı olaraq avtomobillər üzrə yeni requlyativ tələblər müəyyənləşdirilib, habelə qüvvədə olan qaydada avtomobilin qiyməti üzrə limit tələbi ləğv edilib. İstehsal müddəti 3 ilədək olan elektrik mühərrikli avtomobillər üçün ilkin ödəniş minimum 10 faiz (kredit təminata nisbəti maksimum 90 faiz), 3 ildən yuxarı istehsalı olan elektrik mühərrikli avtomobillər üçün ilkin ödəniş minimum 40 faiz (kredit təminata nisbəti maksimum 60 faiz) müəyyən olunub. Hibrid mühərrikli avtomobillər üçün isə istehsal müddəti 1 ilədək, 1-3 il və 3 ildən yuxarı olan avtomobillər üçün ilkin ödəniş müvafiq olaraq minimum 20 faiz, 40 faiz və 50 faiz müəyyənləşdirilib.

banner

Oxşar Xəbərlər