AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Elə vəziyyətə gəlib çatmamalıyıq ki, xəstəlik Orduya gedib çıxsın - Səhiyyə Nazirliyi

Elə vəziyyətə gəlib çatmamalıyıq ki, xəstəlik Orduya gedib çıxsın - Səhiyyə Nazirliyi

Cəmiyyət
22 Oktyabr 2020, 22:32 222

Biz koronavirusa yoluxma ilə bağlı elə bir vəziyyətə gəlib çatmamalıyıq ki, xəstəlik Orduya gedib çıxsın. Ona görə də tədbirləri davam etdirməliyik.
Trend-in məlumatına görə, bunu Səhiyyə Nazirliyinin İctimai səhiyyə və sanitariya və epidemioloji nəzarət şöbəsinin müdiri Nəzifə Mürsəlova deyib.

Karantin rejiminin hələ davam etdiyini xatırladan N.Mürsəlova qeyd edib ki, xüsusi məqamlara diqqət yönəldilməlidir: "Bu gün bizə sağlam hərbçilər lazımdır. Biz də gərək arxa cəbhədə - paytaxtda, rayonlarda oturaraq öz sağlamlığımıza fikir verək ki, xəstələnərək ətrafdakı insanlara bu virusu yoluxdurmayaq".