• şənbə, 27 Aprel, 08:09
  • Baku Bakı 12°C

Ekspert: Əsas vəsaitlər üzrə amortizasiya ayırmaları gəlirdən çıxılır

24.12.21 20:00 276
Ekspert: Əsas vəsaitlər üzrə amortizasiya ayırmaları gəlirdən çıxılır
Vergitutma məqsədləri üçün gəlirdən çıxılmasına yol verilən xərclər sırasında amortizasiya xərcləri mühüm əhəmiyyət kəsb edir.
AZƏRTACDövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, mövzunu şərh edən Vergi və Dövlət Qulluğu üzrə Tədris Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert Təhməz Qaçayev mühasibat uçotunda bir neçə amortizasiya metodunun olduğunu bildirib. Bunlar - düzxətli metod, qalıq dəyəri metodu, istehsal metodu və istifadə müddətinin illərinin cəmi metodudur.
Vergi Məcəlləsinə görə, əsas vəsaitlərin amortizasiyası qalıq dəyəri metodu ilə hesablanır. Məcəlləyə əsasən, amortizasiya olunan aktivlər üzrə illik amortizasiya normaları bu cür müəyyən edilir: "Binalar, tikililər və qurğular 7 faizədək, maşınlar və avadanlıq 20 faizədək, yüksək texnologiyalar məhsulu olan hesablama texnikası 25 faizədək, nəqliyyat vasitələri 25 faizədək, geoloji-kəşfiyyat işlərinə və təbii ehtiyatların hasilatına hazırlıq işlərinə çəkilən xərclər 25 faizədək, qeyri-maddi aktivlər istifadə müddəti məlum olmayanlar üçün 10 faizədək, digər əsas vəsaitlər 20 faizədək, istifadə müddəti məlum olanlar üçün isə illər üzrə istifadə müddətinə mütənasib məbləğlərlə müəyyənləşdirilir”.
T.Qaçayev qeyd edib ki, Vergi Məcəlləsinə əsasən, sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətində istifadə edilən əsas vəsaitlər üzrə amortizasiya ayırmaları bu maddənin müddəalarına uyğun olaraq gəlirdən çıxılır.
banner

Oxşar Xəbərlər