• şənbə, 27 Aprel, 07:58
  • Baku Bakı 12°C

Əhalinin peyvəndlənməsi sayəsində enerji istehlakı 2019-cu il səviyyəsinə qalxacaq

03.06.21 18:15 349
Əhalinin peyvəndlənməsi sayəsində enerji istehlakı 2019-cu il səviyyəsinə qalxacaq
Rusiyanın "Lukoyl” şirkətinin rəhbəri Vahid Ələkbərov neftin bir barelinin orta müddətli qiymətinin 50 dollar civarında olacağını proqnozlaşdırıb.
AZƏRTACxəbər verir ki, bu barədə V.Ələkbərov Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda məlumat verib.
"Lukoyl”un rəhbəri ümidvar olduğunu bildirib ki, 2022-ci ildə qlobal neft bazarı 100 milyon barel istehlak səviyyəsinə qayıdacaq.
V.Ələkbərovun fikrincə, hazırda neft bazarında konyunktura yaxşılaşır, benzinin, o cümlədən aviakerosin istehlakı artır. Əhalinin peyvəndlənməsi istiqamətində görülən işlər sayəsində həyatın öz axarına qayıdacağına ümid bəsləyən şirkət rəhbəri enerji ehtiyatlarının istehlakının da 2019-cu il səviyyəsinə qalxacağına ümidvar olduğunu söyləyib.
Bundan əlavə, V.Ələkbərov "Lukoyl” şirkətinin İranın "Manasuriyyə” layihəsinə qayıtmaq niyyətindən də danışıb. Onun sözlərinə görə, ölkədə işləməklə bağlı məhdudiyyətlər aradan qaldırılan kimi, "Lukoyl” "Mansuriyyə” neft yatağının işlənməsində iştirakına qayıtmaq niyyətindədir.
Eyni zamanda, Rusiya hökuməti sədrinin müavini Aleksandr Novak da Sankt-Peterburq İqtisadi Forumunda çıxışında İran mövzusuna toxunaraq 2021-ci ildə İran neftinin bazara qayıdacağını ehtimal edib. Onun fikrincə, bu, daha çox İranın özündən, ölkənin texniki imkanlarından asılı olacaq.
Qeyd edək ki, Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu iyunun 2-5-də keçirilir. Bu il forum "Yenidən birlikdə. Yeni reallığın iqtisadiyyatı” devizi altında təşkil olunub.
banner

Oxşar Xəbərlər