• şənbə, 27 Aprel, 04:26
  • Baku Bakı 14°C

Dövlət Xidmətinin hərbi qulluqçuların maaşı artırıldı

01.01.22 11:45 625
Dövlət Xidmətinin hərbi qulluqçuların maaşı artırıldı
Yanvarın 1-dən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçuların maaşı artırılıb.
Kaspi.az xəbər verir ki, Prezident İlham Əliyevin imzaladığı fərmana əsasən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşlarına həmin maaşın 20 faizi məbləğində əlavə müəyyən edilib.
Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları orta hesabla 20 faiz artırılıb.
Bu Fərman 2022-ci il yanvarın 1-dən qüvvəyə minib.
banner

Oxşar Xəbərlər