• şənbə, 27 Aprel, 02:58
  • Baku Bakı 14°C

Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının maaşları artırlır

01.01.22 15:15 302
Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının maaşları artırlır
Bu gündən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının maaşları artırlır.
Kaspi.az xəbər verir ki, Prezident İlham Əliyevin imzaladığı fərmana əsasən 2021-ci ildə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşlarına bir sıra əlavələrin müəyyən edildiyini nəzərə alaraq, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin həmin əlavələrin şamil olunmadığı həqiqi hərbi xidmət hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) aylıq vəzifə maaşlarına həmin maaşın 20 faizi məbləğində əlavə müəyyən edilir.
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları orta hesabla 20 faiz artırılır.
Bu Fərman 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.
banner

Oxşar Xəbərlər