• cümə, 29 Mart, 19:05
  • Baku Bakı 14°C

Düzgün yuxu rejimi ani ölüm risklərini 30 faiz azaldır

25.02.23 07:15 448
Düzgün yuxu rejimi ani ölüm risklərini 30 faiz azaldır

ABŞ-nin Boston şəhərində yerləşən Beth Israel Deaconess tibb mərkəzinin tədqiqatçıları düzgün yuxu rejiminin faydalarının insanlarda ani ölüm riskini 30 faizə qədər azaltdığını müəyyən edib.

AZƏRTAC StudyFinds saytına istinadla bildirir ki, alimlər gün ərzində yeddi və ya səkkiz saat yatmaq, heç bir yuxu dərmanı istifadə etməməyi tövsiyə edir.

Araşdırmaya görə, düzgün yuxu rejiminə riayət edən kişilər 4-7, qadınlar isə 2-4 il daha çox yaşayır. Beth Israel Deaconess tibb mərkəzinin həkimi, tədqiqatın müəllifi Frank Qian insanların ideal yuxu rejiminə əməl etdiyi halda onların daha uzun müddət yaşayacağı ehtimalının yüksək olduğunu deyib: “Yuxusuzluq və ya normadan artıq yatmaq ürəyə mənfi təsir göstərir. Eyni zamanda insanlarda yüksək qan təzyiqi, infarkt, ürək-damar xəstəlikləri kimi halların yaranmasına səbəb olur. Ani ölümlərin təxminən 8 faizi pis yuxu rejiminə aid edilə bilər. Düzgün yataq seçiminin də əhəmiyyətli rolu var”.

Tədqiqatçılar 2013-2018-ci illərdə sağlamlıq sorğusunda iştirak edən, orta yaşı 50 olan 172 mindən çox şəxsin sağlamlıq sənədlərini tədqiq edib. Yuxu rejiminə əməl etməyən şəxslərdən bu müddət ərzində 8 min 681 nəfəri vəfat edib. Ölümlərin 30 faizi ürək-damar xəstəliklərindən, 24 faizi xərçəngdən, 46 faizi isə digər səbəblərdən olub.

F.Qian düzgün yuxu rejiminin ani ölüm risklərini 30 faiz azaltdığını vurğulayıb: “Əgər gənclər arasında yuxu rejimi barədə ətraflı maarifləndirmə işləri aparılarsa, ani ölümlərin bir hissəsinin qarşısını ala bilərik. Bu, onların ümumi sağlamlıqlarına böyük fayda verə bilər. Rejimə uyğun yatan şəxslərin ürək-damar sistemi xəstəliklərindən ölmə ehtimalı 21 faiz, xərçəngdən 19 faiz, digər səbəblərdən ölmə ehtimalı isə 40 faiz daha azdır”.

Qeyd edilib ki, mütəxəssis F.Qian gələn ay Nyu Orleanda Amerika Kardiologiya Kollecinin illik elmi sessiyasında tədqiqatın nəticələrini təqdim edəcək.

banner

Oxşar Xəbərlər