• cümə, 29 Mart, 15:44
  • Baku Bakı 14°C

DİM: 1 iyundan apellyasiya prosesi təşkil ediləcək

28.05.21 15:15 323
DİM: 1 iyundan apellyasiya prosesi təşkil ediləcək
Magistraturaya qəbul imtahanının nəticələri ilə bağlı müraciətlərə baxılması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 1 iyun tarixindən etibarən onlayn ("Zoom" proqramı və ya telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil ediləcək.
DİM-dənAPA-ya verilən məlumata görə, apellyasiya komissiyasına müraciət etmək istəyənlər 29 - 31 may tarixlərində DİM-in internet saytında yerləşdiriləcək elektron apellyasiya ərizəsini doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.

Apellyasiya zamanı bir bakalavrın ərizəsi (müraciəti) üzrə ən çoxu 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.
banner

Oxşar Xəbərlər