AZE | RUS | ENG |

Deputatlar bu gün 32 məsələ üçün toplaşır

Deputatlar bu gün 32 məsələ üçün toplaşır
Bu gün Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası keçiriləcək.

Trend-in məlumatına görə, iclasda əvvəlcə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi dinləniləcək.

Daha sonra iclasda "Xəzər dənizinin hüquqi statusu haqqında" Konvensiyanın təsdiq edilməsi, "Xəzəryanı dövlətlərin hökumətləri arasında ticarət və iqtisadi əməkdaşlıq haqqında" Sazişin təsdiq edilməsi, Əmək Məcəlləsinə, Cəzaların İcrası Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə, "Gənclər siyasəti haqqında", "Hərbi vəzifə və hərbi xidmət haqqında" və digər bir sıra qanunlara dəyişikliklər müzakirə ediləcək.

Ümumilikdə iclasın gündəliyinə 32 məsələ daxildir.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8876
GEL 1 1 Gürcüstan larisi 0.583
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0559
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1763
CHF 1 1 İsveçrə frankı 1.7369
KWD 1 1 Küveyt dinarı 5.5865
TRY 1 1 Türkiyə lirəsi 0.3056