Deputat: "Xalq çıxış yolunu məhz Heydər Əliyevdə gördü"
Ümummilli Lider Heydər Əliyev Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəlməsinin növbəti ildönümüdür.
Kaspi.az-ın məlumatına görə, Milli Məclisin deputatı Cavid Osmanov deyib ki, Heydər Əliyevin rəhbərlik etdiyi bütün dövrləri Azərbaycanın inkişaf və tərəqqi dövrü hesab etmək olar.
Onun sözlərinə görə, elə 1969-cu ildə 14 iyulda H.Əliyev Azərbaycana rəhbərlik etməyə başlayanda ölkə ovaxtkı Sovetlər birliyinin tərkibində olan 15 respublikaların içində ən geridə qalmış ölkələrdən biri idi:
"Qısa zamanda Heydər Əliyev Azərbaycanın aqrar ölkədən, çox böyük sənaye potensialı olan ölkəyə çevirilməyə başladı. Ölkəmizdə çoxlu sayda zavod, fabriklər tikildi, iqtisadiyyatımız gücləndi. Bununla da Azərbaycanda qısa vaxt ərzində 15 respublika içində qabaqcıl ölkələrdən birinə çevirildi. Eyni zamanda Ulu Öndərimiz çox çətin də olsa, Azərbaycanın milli mənəvi dəyərlərinin, mədəniyyətinin və tarixinin özünə qaytarılmasında rol oynadı. Azərbaycan xalqının özünüdərketmə hislərini bir daha qaytardı. Bu məqamda məhz Azərbaycan dilinin ölkədə rəsmi dil kimi qəbul olunması və konsitutsiyada öz əksini tapmasına nail oldu. Bu o vaxtkı dövr üçün çox çətin idi”.
Deputat qeyd edib ki, H.Əliyev eyni zamanda gələcəyimizin inkişafı, tərəqqisi üçün milli kadrların hazırlanmasına böyük töhvə verib:
"Azərbaycanlı minlərlə gənci dünyanın aparıcı ali məktəblərinə göndərərək, milli kadrların yetişməsində və onların sonradan Azərbaycanda fəaliyyət göstərərək ölkəmizin inkişafına xidmət etmələri üçün fundamental işlər görülüb. Həmçinin Ulu öndər yaxşı bilirdi ki, ölkəmiz müstəqillik əldə etdikdən sonra hərbi mütəxəssislər olmalıdır. O cümlədən, minlərlə gənci dünyanın aparıcı hərbi ali təhsil müəssisələrinə göndərilməsi, çətinliklə Cəmişid Naxçıvanski adına Hərbi Liseyin açılmasına nail olması bunun əyani sübutudur”.
"1990-cı illərin əvvəllərində, Azərbaycan müstəqilliyini yeni əldə etdiyi bir zamanda 1991-1993-cü illərdə ölkəmizdə baş verən xaos, anarxiya, hakimiyyət üstündə çəkişmələr və xəyanətkarlıq missiyaları ölkəmizin parçalanması təhlükəsində olduğu zamanda və Ermənistanın Azərbaycana təcavüz etdiyi bir vaxtda xalq çıxış yolunu məhz Heydər Əliyevdə gördülər. Bu heç də təsadüfü deyil. Çünki 1969-87-ci illərdə Heydər Əliyevin etdiklərini xalq unutmamışdı və yeganə çıxış yolunu onda gördülər”, - C.Osmanov bildirib. (Report)