• cümə, 29 Mart, 17:19
  • Baku Bakı 14°C

Deputat: “Son zamanlar Rusiya mediasında Azərbaycana qarşı düşmənçilik dalğası baş qaldırıb”

11.06.21 11:21 234
Deputat: “Son zamanlar Rusiya mediasında Azərbaycana qarşı düşmənçilik dalğası baş qaldırıb”
"Ulu öndər Azərbaycan-Rusiya münasibətlərinin düşmənçilik səviyyəsinə çatmasının qarşısını aldı. Son zamanlar Rusiya mediasında Azərbaycana qarşı düşmənçilik dalğası baş qaldırıb”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Sahib Alıyev deyib.
Deputat bildirib ki, azərbaycanlı gəncin başından güllələnməsi hadisəsi fərqli yerlərə çəkilir: "Vladimir Jirinovski bu cinayətlə barışmaq istəməyən azərbaycanlıları Rusiyadan çıxıb getməyə səsləyir. Etnik cinayətkar ünsürlərdən danışarkən yaxşı olar ki, diqqətlər Soçiyə yönəldilsin. Soçidə hayların törətdiyi cinayətə baxsınlar. Hay terrorundan ən çox əziyyət çəkənlərdən biri də Rusiyadır. Moskva qatarında baş verən terror aktını, Çeçenistan qatarının partladılması hadisələrini xatırlamaq yetər. Bu cür "stəkanda fırtına” siyasətinə yetər deyilməlidir”.
banner

Oxşar Xəbərlər