cümə, 20 May, 01:02

Baku Bakı 16°C

Dəm qazı zəhərlənmələrinə qarşı qanunvericilik təkmilləşdirilir

icon 165 icon 22 yanvar 2022 | 15:45 Dəm qazı zəhərlənmələrinə qarşı qanunvericilik təkmilləşdirilir

Dəm qazı zəhərlənmələrinə qarşı qanunvericilik təkmilləşdirilir. Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə çıxarılacaq təkliflər bu sahədə olan bir sıra boşluqların aradan qaldırılması üçün nəzərdə tutulub. Qazdan qanunsuz istifadə ilə bağlı meyarlar da müəyyənləşib.
Bunu millət vəkili Naqif HəmzəyevTrend-in suallarını cavablandırarkən bildirib.
O qeyd edib ki, qaz qurğularının və qaz xətlərinin, tüstü bacalarının havalandırma və havadəyişmə sistemlərinin müayinəsi və onlara texniki xidmətlə bağlı səlahiyyətlərin aidiyyəti dövlət qurumlarından qazpaylayıcısına ötürülməsi təklif olunur.
"Qazpaylayıcının işçiləri tərəfindən ildə bir dəfə bir noyabr tarixinə qədər həm qaz xətləri, qaz avadanlıqları, həm də tüstü bacaları, havalandırma, havadəyişmə sistemi müayinə ediləcək, onlara texniki baxış keçiriləcəkdir. Əgər müvafiq nöqsanlar, problemlər aşkarlanarsa, aktlar tərtib ediləcək və istehlakçıya müddət veriləcək ki, o, ya qazpaylayıcı ilə və yaxud da bu sahədə ixtisaslaşmış özəl şirkətlərlə bu problemin aradan qaldırılması üçün razılaşsın”, - deyə millət vəkili əlavə edib.